- Köhnə - Siyasət
- 27 İyun 2018 15:34
- 4 163
Əfqanıstan XİN rəsmisi Bakıya gəlir
Əfqanıstan İslam Respubliksının Bakıdakı Səfirliyi xəbər verir ki, “Əfqanıstan üzrə Beynəlxalq Əlaqə Qrupu”nun 28 iyun 2018-ci il tarixində Bakıda keçiriləcək iclasında iştirak etmək üçün Əfqanıstan Xarici İşlər Nazirinin müavini Hikmət Xəlil Kərzayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlir.
AzNews.az-ın məlumatıan görə, Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək İclasda Əfqanıstanda sülhün və sabitliyin əldə olunması üçün tərəfdaş ölkələr arasında müzakirələr aparılacaq.