- Köhnə - Siyasət
- 28 İyun 2018 09:56
- 3 589
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı başladı

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçirilir.
APA-nın məlumatına görə, tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Kərzayi, ABŞ-ın Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edir. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.
Tədbirə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.
AzNews.az