ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin ilə ikinci görüşünü səbirsizliklə gözlədiyini bildirib. ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin ilə ikinci görüşünü səbirsizliklə gözlədiyini bildirib.

“Putinlə ikinci görüşü səbirsizliklə gözləyirəm” - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin ilə ikinci görüşünü səbirsizliklə gözlədiyini bildirib.

AzNews.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

Tramp növbəti görüşdə terrorizmin dayandırılması, Kiber hücum, Ukrayna, Yaxın Şərq, Şimali Koreya və digər mühüm məsələlərin müzakirə edilməli olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Moskva və Vaşinqton prezidentlərin yeni görüşünü hələ müzakirə etmir.