Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu öz işinə başlayıb. Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu öz işinə başlayıb.

“Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq konkret addımlar atırıq”

Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxaq Media Forumu öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, forumun təşkilatçılarından biri, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan və Türkiyə mediası arasında inteqrasiyanın gücləndirilməsi olduğunu bildirib:

“Anadolu” Yayınçılar Dərnəyi ilə “Yeni Çağ” Media Qrupunun birgə təşkilatçılığı ilə baş tutan bu Forum sayca üçüncü dəfədir, təşkil olunur. Forumun təşkilində əsas məqsəd iki qardaş ölkənin mediası arasında əlaqələrin gücləndirilməsi, inteqrasiyanın sürətləndirilməsidir.

Biz Aəzrbaycan prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq, xarici ölkələrin media quruluşları ilə əlaqələrin gücləndirilməsi istiqamətində konkret addımlar atırıq. Bu Forum da həmin tövsiyədən irəli gələn bir addımdır.

Tədbirdə Azərbaycan və Türkiyə mediasının durumu, əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması kimi məsələlər müzakirə ediləcək. Bundan başqa, bu günlərdə iki il əvvəl baş vermiş FETÖ-nun çevriliş cəhdi və bundan sonrakı gəlişmələrə də toxunulacaq. İnanıram ki, tədbirin məqsədlərinə tam nail olunacaq”.

AzNews.az