ABŞ prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən birtərəfli olaraq çəkilməsindən sonra verdiyi sanksiyalar dövriyyəyə girib. İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq. Həmçinin bir milyon şəxsin sanksiyalar nəticəsində işsiz qalacağı gözlənilir. ABŞ prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən birtərəfli olaraq çəkilməsindən sonra verdiyi sanksiyalar dövriyyəyə girib. İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq. Həmçinin bir milyon şəxsin sanksiyalar nəticəsində işsiz qalacağı gözlənilir.

“Bu sanksiyalar təkcə İrana təsir etməyəcək”- Politoloq Fərrux Məmmədov

ABŞ prezidenti Donald Trampın İranla nüvə müqaviləsindən birtərəfli olaraq çəkilməsindən sonra verdiyi sanksiyalar dövriyyəyə girib. İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq. Həmçinin bir milyon şəxsin sanksiyalar nəticəsində işsiz qalacağı gözlənilir.

Mövzu ilə bağlı AzNews.az saytına açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib ki, ABŞ Avropa Birliyindən kənar sanksiyalar tətbiq etmək qərarına gəlib və bu sanksiyalar digərlərinə nisbətən daha ağır olacaq:

“ABŞ-ın bu sanksiyaları çox ağır olacaq və bir neçə mərhələdə gerçəkləşdiriləcək. ABŞ hesab edir ki, İran müasir dünya üçün böyük təhlükədir və buna görə də onun gücünü azaltmaq istəyir. Lakin bu sanksiyalar təkcə İrana deyil, bütün regiona, o cümlədən Azərbaycan və Türkiyəyə də təsir edəcək. Türkiyədə lirənin qalxmasını müşahidə edəcəyik. Türkiyənin İrandan məhsul alması və ora məhsul satması mümkün olmayacaq. Bu sanksiyalar İranı dünya bazarında çökdürmək məqsədi güdür. Düşünürəm ki ABŞ bu nəticəyə nail olacaq. ABŞ-ın sanksiyaları artıq konqress tərəfindən də təsdiqlənib. İsrail sanksiyaların həyata keçirilməsində nəzarətçi rolunu oynayacaq. Sanksiyalar güclənərsə, 2019-un aprel ayına qədər İranda güclü dəyişiklər və çaxnaşmalar gözlənilir”.

Pərvanə AĞAZADƏ
AzNews.az