- Köhnə - Siyasət
- 7 Avqust 2018 17:41
- 7 006
“Partiyalar “köhnə palan içi tökmək”lə məşğuldur”- Elşad Musayev
Siyasi partiyaların fəaliyyəti zəif olduğu üçün onlar arasında bloklaşma meyli da çox zəifdir.
Bu sözləri Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Azərbaycanda siyasi təşkilatların bloklaşması məsələsinə münasibət bildirərkən dedi.
Partiya sədri AzNews.az-a açıqlamasında qeyd etdi ki, bu gün bir sıra partiyalar bir araya gələrək siyasi əməkdaşlıq mərkəzində birləşib. Məsələn, Klassik Xalq Cəbhəsi Partiyası, Böyük Azərbaycan Partiyası, Aydınlıq Partiyası, Liberal Demokrat Partiyası bir araya gələrək müəyyən məsləhətləşmələr aparır. Amma bu da kifayət səviyyədə deyil:
“Bunun belə olması siyasi təşkilatlar arasındakı münasibətlərin lazımi səviyyədə olmadığından irəli gəlir. Misal üçün, köhnə palanı açıb tökmək kimi xüsusiyyətlər var ki, bu da siyasi təşkilatların bir araya gəlməsinə mane olur”.
Bəzi siyasətçilərin “müxalifət köhnəlib, yeni nəsil müxalifətin yetişməsinə ehtiyac var” fikrinə isə E.Musayev “mən siyasi faliyyətim dövründə həmişə gənclərin irəli çıxmasının tərəfdarı olmuşam. Hesab edirəm ki, dövlətin idarə olunmasında, siyasi partiyaların inkişaf etdirilməsində gənclərə şərait yaradılmalı, meydan verilməlidir”- deyə, cavab verdi. Onun sözlərinə görə, siyasi partiyalarda normal şərait olmayanda istər gənclər, istər orta yaşlılar, istərsə də yaşlılar özlərini göstərə bilmirlər. Belə olduqda isə təəssüf ki, gənclərin mübarizə metodu fərqli istiqamətdə olur. Nəticədə, onlar radikal dini kəsimlərə, zərərli qruplaşmalara qoşulurlar.
İqtidarla müxalifətin dialoqu məsələsinə gəldikdə siyasətçi vurğuladı ki, hər iki tərəf arasında sağlam dialoqun olması üçün öncə tərəflər bir-birini tanımalıdır. Təəssüf ki, bu gün müxalifətin bir qismi qarşılıqlı olaraq iqtidarı tanımır. Ona görə iqtdarla müxalifətin dialoqu istənilən səviyyədə alınmır.
E.Musayev “Milli Şura”nın fəaliyyti barədə isə danışmaq istəmədi: “Biz hakimiyyətə müxalifik. Milli Şura” fəaliyyətini hansı istiqamətdə qurur, özü bilər. Onların siyasi xəttinə qarışmıram”..
Elgün
AzNews.az