Azərbaycanın da iştirak etdiyi artilleriya müsabiqəsi başa çatdı - Fotlar + Video

“Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin final mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, final yarışlarının nəticələrinə görə Azərbaycan artilleriyaçıları müsabiqədə üçüncü yerə layiq görülüblər.