- Köhnə - Siyasət
- 9 Avqust 2018 19:15
- 2 978
Uşaqlar icbari dispanserizasiyadan keçiriləcək - Dövlət Proqramı təsdiq edildi

Prezident İlham Əliyev “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin.
Səhiyyə Nazirliyinə tapşırılır ki, sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin; Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
AzNews.az