BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb. BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb.

“Xəzərin statusuna dair Konvensiya tarixi sənəddir” - BMT-nin baş katibi

BMT-nin baş katibi Antoniu Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə onun bazar ertəsi kütləvi informasiya vasitələri tərəfindən yayılan bəyanatında deyilir.

"Baş katib Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasını alqışlayır. Bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri sayılan regional əməkdaşlığın mühüm olduğunu nümayiş etdirir", - deyə bəyanatda bildirilir.

AzNews.az