İsa Qəmbərin oğlu Turqut Qəmbər məhkəməyə çağrılıb İsa Qəmbərin oğlu Turqut Qəmbər məhkəməyə çağrılıb

İsa Qəmbərin oğlu məhkəməyə çağrıldı

İsa Qəmbərin oğlu Turqut Qəmbər məhkəməyə çağrılıb




"Nida" təşkilatının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbərin kiçik oğlu Turqut Qəmbər bu gün Nərimanov rayon Məhkəməsinə çağrılıb. Bu barədə musavat.com-a T.Qəmbər məlumat verib.

Onun sözlərinə görə, bu dəvət "Əsgər ölümlərinə son" aksiyasında iştiraka görə külli məbləğdə cərimələnməsi və cəriməni ödəməməsi ilə bağlıdır.

Xatırladaq ki, bir müddət əvvəl məhkəmə icraçıları həmin cərimənin alınması ilə əlaqədar olaraq İsa Qəmbərin evinə gələrək, mənzildəki bəzi əşyaları siyahıya almışdılar.

Onu da qeyd edək ki, fəal vətəndaşlar tərəfindən sözügedən aksiyada cərimələnmiş gənclərin cərimələrinin ödənilməsi üçün müvafiq məbləğ toplansa da, sırasında T.Qəmbər olmaqla bir neçə fəal cəriməni ödəməkdən imtina ediblər və bu məsələnin araşdırılmasını hüquqi müstəvidə davam etdirmək fikrindədirlər.