- Köhnə - Siyasət
- 26 Avqust 2018 11:25
- 5 590
Erməni baş nazirin məsləhətçisi istefa verdi
Ermənistanın baş naziri Nikola Paşinyanın məsləhətçisi Arsen Xaratyan istefa verib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Xaratyanın özü bu haqda feysbuk səhifəsində yazıb.
O, qərarını ailə vəziyyəti ilə izah edib. 2018-ci ilin iyununda baş nazirin məsləhətçisi postuna təyin edilən Xaratyanın sözlərinə görə, ailəsi hazırda Tiflisdədir və müəyyən səbəblərə görə, 2019-cu il ilə qədər orada qalacaq.
“Öz ailəmin yanında olmaq və ötən dövrü dərindən təhlil etmək lazımdır”, - o qeyd edib.
AzNews.az