Bu gün Azərbaycanın vitse-prezidenti və I xanımı Mehriban Əliyevanın doğum günüdür. Bu gün Azərbaycanın vitse-prezidenti və I xanımı Mehriban Əliyevanın doğum günüdür.

Leyla Əliyevadan anasına duyğulu təbrik mesajı - Foto

Bu gün Azərbaycanın vitse-prezidenti və I xanımı Mehriban Əliyevanın doğum günüdür.

AzNews.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Mehriban Əliyevanın böyük qızı Leyla Əliyeva bu münasibətlə anasını təbrik edib.

"Sevimli anamı ad günü münasibəti ilə təbrik edirəm! Sən mənim dünyada ən çox sevdiyim insansan! Sevginə, səmimiyyətinə və sonsuz xeyirxahlığına görə sənə minnətdaram! Tanrı səni yer üzünə insanlara şəfqət, ümid, ədalət və sevgi bəxş etmək üçün göndərib! Sən dünyanın ən gözəl və ləyaqətli insanısan. Mən səni çox sevirəm, mənim anam, ən yaxşı dostum və əzizim! Təbriklərə görə hamıya təşəkkür edirəm, Allah sizə cansağlığı və bol sevgi bəxş etsin, bütün arzularınız həyata keçsin!", - deyə o, "Instagram" hesabında yazıb.

Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub.