- Köhnə - Siyasət
- 27 Avqust 2018 21:48
- 5 429
Gürcüstan Azərbaycana yeni səfir göndərdi
Gürcüstan prezidentinin fərmanına əsasən, Zurab Pataradze Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyib olunub.
AzNews.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri xəbər yayıb.
Prezidentin fərmanında deyilir: "Gürcüstanın "Diplomatik xidmət Haqqında" qanununun 5-ci bəndinin 6-cı maddəsinə əsasən, Zurab Pataradze 2018-ci il 29 avqust tarixindən Gürcüstanın Azəbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin".