- Köhnə - Siyasət
- 29 Mart 2013 09:37
- 1 875
Ərəstun Oruclu Milli Şuradan danışdı - İNAMSIZLIQ

Ə.Oruclu bu kimi birliklərin qısa ömürlü olmasının səbəbini həmin birliklərin prinsiplər üzərində deyil, fərdlər üzərində qurulması ilə əsaslandırır:
"Bu səbəbdən belə bir birliyin yaranmasına və uğur qazanacağına inanmıram. Azərbaycan siyasətində nə qədər ki, şəxsi maraqların ümumi maraqlardan üstün tutulması davam edir, hər hansı birlikdən danışmaq ümumiyyətlə absurddur. Buna qol qoymaq, buna qatılmaq ən azından ya başqalarını, ya da özünü aldatmaqdır. Müxtəlif adlar altında hansısa birliklər, qurumlar yaradıla bilər, amma bu gün mən bunları perspektivsiz görürəm və effekt verəcəyinə də inanmıram"
Gültəkin
AzNews.az