Pənah Hüseyn dialoq üçün şərtləri açıqladı

Hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri son günlər iqtidar-müxalifət dialoqunun baş tutması üçün problem olmadığını və bunun üçün mühitin mövcudluğunu dilə gətiriblər. Bununla bağlı Xalq Partiyasının sabiq sədri, eks millət vəkili Pənah Hüseyn AzNews.az-a açıqlama verib.

" İctimai Palatanın irəli sürdüyü və bu gün də qüvvədə olan "Demokratikləşmənin yol xəritəsi" adlı sənəddə bütöv islahatlar paketi təqdim olunub. Bu sənəd ətrafında əlbəttə ki, istər dialoq, istərsə də hansısa başqa formada əlaqələr ola bilər. Bunun üçün azad, adalətli seçkilər olmalı, parlament seçkiləri keçirilməli, hökumət istefaya getməlidir. Eyni zamanda da digər nəzərdə tutulan islahatlar paketi həyata keçirilməlidir".

P.Hüseynin tələbləri sırasında hakimiyyətin televiziyalar və digər KİV-lərdə fikir müxtəlifliyini təmin etmək istəyi də yer alıb: "Eyni zamanda siyasi amnistiyaların verilməsi, bir sıra konstitusiya dəyişikliklərinin həyata keçirilməsi və ən nəhayət hakimiyyət bütövlükdə azad və ədalətli seçkilər vasitəsilə formalaşdırılmasıdır"

Gültəkin
AzNews.az