İsrailin müdafiə naziri Avidqor Libermanın sentyabrın 13-də Azərbaycana rəsmi səfər edəcəyi xəbərini vermişdik. İsrailin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Liberman səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşlər keçirəcək. İsrailin müdafiə naziri Avidqor Libermanın sentyabrın 13-də Azərbaycana rəsmi səfər edəcəyi xəbərini vermişdik. İsrailin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Liberman səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşlər keçirəcək.

“Libermanın əvəzsiz xidmətləri var” - RƏY

İsrailin müdafiə naziri Avidqor Libermanın sentyabrın 13-də Azərbaycana rəsmi səfər edəcəyi xəbərini vermişdik. İsrailin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Liberman səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşlər keçirəcək.

Daha öncə İsrail parlamentində Azərbaycan dostluq qrupunun rəhbəri kimi Azərbaycan-İsrail əlaqələrinin inkişafında müstəsna xidmətləri olmuş Avidqor Libermanın bu dəfə müdafiə naziri kimi Azərbaycana rəsmi səfəri daha bir əhəmiyyət kəsb edir.

Libermanın Azərbaycana gözlənilən bugünkü səfərini, eləcə də Azərbayana olan münasibətini AzNews.az-a şərh edən Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, politoloq Rasim Musabəyov bildridi ki, o, hər zaman Azərbaycana yaxından dəstək verən yüksək çinli bir siyasətçi kimi tanınıb. Ona görə, belə bir adamın Azərbaycana səfəri böyük məmnuniyyətlə qarşılanır:

“Nəzərə alsaq ki, bizim İsraillə təhlükəsizlik sahəsində yüksək səviyyəli əməkdaşlığımız var, həmçinin İsraildən müxtəlif təyinatlı hərbi texnikalar alırıq, deməli Libermanla da müzakirə olunmalı xeyli məsələlərimiz var. Sadəcə olaraq, bu məsələlərin müzakirəsi adətən qapalı aparılır”.

Bu səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir müzakirənin olması ehtimalına gəldikdə deputat qeyd etdi ki, İsrail bilavasitə Dağlıq Qarabağ konflikti ilə məşğul olmur. Ona görə də bu səfərin nəticəsi kimi, gözlənilmir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli isiqamətində hansısa müzakirələr aparılsın. Ancaq tamamilə aydındır ki, ümumi təhlükəsizlik məsələlərində həm İsrail dövləti, həm də yəhudi lobbisi Azərbaycana yaxından dəstək göstərir. Bu baxımdan da Libermanın Azərbaycana səfəri çox əhəmiyyətlidir.

Politoloq Qabil Hüseynli də İsrailin müdafiə naziri Avidqor Libermanı Azərbaycanın yaxın dostu hesab edir:

“Onu Azərbaytcanla qırılmaz tellər bağlayır. İsrail-Azərbaycan münasibətlərinin inkişaf etməsində və bugünkü yüksək mərhələyə çatmasında Libermanın əvəzsiz xidmətləri var. Bu gün belə bir adamın İrsailin müdafiə naziri vəzifəsini daşıması Azərbaycan üçün böyük avantajdır. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan ordusunun uğurlarında İsraildən alınan müasir döyüş silahları, xüsusən də pilotsuz uçuş aparatları döyüşün taleyində mühüm rol oynadı. Son illərdə isə Azərbaycanla İsrail arasında qarşılıqlı əlaqələr daha da genişlənib və İsrail hərbi texnikasının Azərbaycanda seriya istehsalı işə salınıb. Bunun nəticəsidir ki, hazırda Azərbaycan demək olar, pilotsuz döyüş aparatlarının istehsalında hətta Rusiyanı da qabaqlayır. Təbii ki, bu məsələdə İsrail şirkətlərinin rolunu danmaq olmaz”.

Q.Hüseynli güman edir ki, bu səfər çərçivəsində də İsraillə hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək:

“Bu əməkdaşlığın əsas istiqamətləri Azərbaycanda hərbi sənaye kompleksinin formalaşdırılması, bir çox müasir hərbi avadanlıqların Azərbaycanda istehsal edilməsidir ki, bu məsələdə də Liberman hər zaman mühüm şəxs kimi tanınıb. Hesab edirəm ki, Azərbaycandakı danışıqlar məhz bu istiqamətdə müsbət sonluqla nəticələnəcək”.

Elgün MƏNSİMOV
AzNews.az