Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in baş katibini qəbul edib. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in baş katibini qəbul edib.

"Azərbaycan intensiv danışıqlara hazırdır" - Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in baş katibini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov ATƏT-in baş katibi Tomas Gremingeri və onu müşayiət edən nümayəndə heyətini salamlayaraq, Azərbaycanın regional təşkilat olaraq ATƏT ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb.

ATƏT çərçivəsində təhlükəsizliyin bölünməzliyinin fundamental prinsip olduğunu qeyd edən XİN başçısı bütün üzv dövlətlərin Helsinki Yekun Aktı üzrə öhdəliklərinə sadiq olmasının vacibliyini bildirib. Bu xüsusda, E.Məmmədyarov Ermənistan Respublikasının ATƏT üzv dövləti qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalını davam etdirdiyini vurğulalayıb. O, təsis olunmasından etibarən ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olduğunu deyərək işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün səylərinin artırılmasının vacibliyini bildirib.

AzNews.az