Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir.

“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir” - Metyu Brayza

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir.

AzNews.az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.

M.Brayza hesab edir ki, Amerika Erməniləri Milli Komitəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəmir: "Çünki bu, həmin təşkilatın donorlardan pul cəlb etmək imkanını azaldacaq".

Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 4 qətnaməsinin yerinə yetirilməsini təmin etməlidir.

Qeyd edək ki, Ermənistan parlamenti "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana qarşı müharibə elan edilməsi haqqında qərar qəbul edib.

AzNews.az