- Köhnə - Siyasət
- 17 Sentyabr 2018 18:14
- 6 973
Prezident İlham Əliyev Çili dövlət başçısını təbrik etdi
Prezident İlham Əliyev Çili Prezidenti Sebastian Pinyeraya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Çili Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və tərəqqi diləyirəm".
AzNews.az