- Köhnə - Siyasət
- 24 Sentyabr 2018 10:04
- 7 057
Elmar Məmmədyarov erməni nazirlə görüşəcək - Kasprşik də iştirak edəcək
Azərbaycan və Ermənistanın XİN başçıları sentyabrın 26-da Nyu-Yorkda görüşəcək.
BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda görüş keçiriləcək.
XİN-in Mətbuat xidmətindən məlumat verilib ki, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
AzNews.az