- Köhnə - Siyasət
- 27 Sentyabr 2018 17:43
- 23 653
Putin Moskvaya qayıtdı - Prezidenti Yaqub Eyyubov yola saldı
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına işgüzar səfəri sentyabrın 27-də başa çatıb.
AzNews.az "Report"a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.