Bu gün Beynəlxalq Mətbuat Mərkəzində İslam Əməkdaşlıq Təşkilatlarına (İƏT) üzv Dövlətlərin Jurnalistlərinin Assosiasiyasının dəyirmi masası keçirilib. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində İslam Əməkdaşlıq Təşkilatlarına (İƏT) üzv Dövlətlərin Jurnalistlərinin Assosiasiyasının dəyirmi masası keçirilib.

İƏT Dövlətləri Jurnalistlərinin Assosiasiyası dəyirmi masa keçirib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində İslam Əməkdaşlıq Təşkilatlarına (İƏT) üzv Dövlətlərin Jurnalistlərinin Assosiasiyasının dəyirmi masası keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə ”Qarabağda regional təhlükəsizliyə ikili yanaşma və islam dəyərləri əleyhinə təxribatlara qarşı islam ölkələriin mediası ilə əlaqələlərin gücləndirilməsi” mövzusunda müzakirələr aparılıb, “Ömər Məhəmməd Nəzzal əl Amutinin “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabının təqdimatı olub.

“İrşad Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev təşkilatın indiyə kimi 4 görüş keçirdiyini və hamısının Bakıda baş tutduğunu bildirib. Professor Assosasiasiya tərəfindən tərcümə edilib nəşr olunmuş, iordaniyalı tarixçi-yazıçı Ömər Məhəmməd Nəzzal əl- Armutinin “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabından danışıb, müəllifin də konfransda iştirak etdiyini qeyd edib: “Bu gün dünyada cərəyan edən proseslərə nəzər salsaq, görərik ki, beynəlxalq hüquq anlayışı, demək olar, əhəmiyyətini itirmiş haldadır. Dünyanın güc sahibləri olan ölkələrin bir neçəsi – ABŞ, Avropa dövlətləri və onların himayədarları beynəlxalq hüququ öz maddi və siyasi maraqlarına qurban verir. Bununla da qanlı münaqişələr yaranır. Qarabağ problemi də bunlardan biridir”.

Rafiq Əliyev əlavə edib ki, ABŞ və Avropa İttifaqına daxil olan dövlətlər , hətta onların müsəlman ölkələri içərsində olan müttəfiqləri də müxtəlif çirkin hərəkatlara qoşulub, insanlarda çaşqınlıq yaratmağa çalışır: “Bütün bu proseslərin qarşısının alınmasında Assosiasiyanın üzvlərinin rolu az deyil. 57 müsəlman dövlətinin jurnalistləri bu sahədə tutarlı işlər görə bilərlər”.

İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlərinin Assosiasiyasının sədri Fazil Abbasov İslam xalqlarının bir-birinə yaxınlaşmasına, qırılmış əlaqələrin bərpasına daim şərait yaradıb qayğı göstərən prezident İlham Əliyevə , prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İslam ölkələri jurnalistlərinin əməkdaşlığını prioritet məsələ sayan, bu üzdən bizim assosiasiyaya dəstək verən doktor Əli Həsənova minnətdarlığınınh bildirib.

AzNews.az

image description