“Putinin bu səfəri ilə Rusiya həm iqtisadi, həm siyasi, həm də gələcəkdə regiondakı və Qarabağdakı problemlərin həlli baxımından Azərbaycanla münasibətlərini düzəltməyi qarşısına məqsəd qoyub”. “Putinin bu səfəri ilə Rusiya həm iqtisadi, həm siyasi, həm də gələcəkdə regiondakı və Qarabağdakı problemlərin həlli baxımından Azərbaycanla münasibətlərini düzəltməyi qarşısına məqsəd qoyub”.

Rusiya Azərbaycanı bir müttəfiq kimi itirmək istəmir: - Bədrəddin Quliyev

“Putinin bu səfəri ilə Rusiya həm iqtisadi, həm siyasi, həm də gələcəkdə regiondakı və Qarabağdakı problemlərin həlli baxımından Azərbaycanla münasibətlərini düzəltməyi qarşısına məqsəd qoyub”.

Bunları AzNews.az-a açıqlamasıda Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev dedi. O, Rusiya prezidenti Vladimir Putinin sentyabrın-27-də Azərbaycana baş tutan səfərini şərh edərkən bildirdi ki, Rusiya Azərbaycanı bir müttəfiq kimi itirmək istəmir:

“Putinin bu səfərində Qarabağla bağlı danışıqlar oldu. Rusiyanın özünün beynəlxalq aləmdə yaranmış şəraitlə əlaqadər olaraq Azərbaycan üzərindən dünya bazarına çıxma məsələsi var. Rusiyaya sanksiyalar qoyulduqdan sonra Azərbaycanın istifadə etdiyi nəqliyyat koridorlarından Rusiyanın da gələcəkdə istifadə etmək şansı çoxalır. Buna görə 700-dən artıq Rusiya şirkəti Azərbaycana sərmayə qoyub. Rusiya Azərbaycanla bağlı münasibətləri çox yüksəyə çəkmək istəyir. Çünki həm iqtisadi baxımdan, həm də Rusiyaya qarşı təzyiqlər gücləndikcə ətrafında ən güclü ölkə olduğu üçün bu gün Rusiya Azərbaycanı itirmək istəmir”.

B.Quliyev Putinin bu il təxirə saldığı Ermənistan səfəri haqqından danışarkən Ermənistanın strateji baxımdan getdikcə öz əhəmiyyətini itirdiyini və Türkiyə Rusiya münasibətləri fonunda demək olar ki, Ermənistanın Rusiyaya lazım olmadığını dedi:

“Bölgənin geopolitik dəngələri dəyişdiyinə görə, Putinin Ermənistana getmə məsələsi gündəmdə yoxdur. Bu gün Rusiyanın dəstəklədiyi qüvvələr orada idisə, demək olar ki, artıq Azərbaycana qarşı vuruşan, Rusiyanın da dəstəklədiyi hərbi xuntanın hamısını tutub basırlar dama. Orada nizamlanma prosesi ilə bağlı danışıqlar var idi. Həmin danışıqlar prosesini əldə bayraq edərək Qərb Rusiyanın ən güclü olduğu bölgə olan Ermənistanda çevriliş elədi. Özünə sərf edən qüvvələri regionda hakimiyyətə gətirtdi. Artıq bölgədə Putinin danışacağı adamlar qalmayıb. Bu görüşün gələn ilə keçirilməsi də aprel ayında olacaq seçkilərlə bağlıdır. İqtisadi baxımdan Rusiya Ermənistanın borclarının qarşısında bir çox müəssisələrin aksiyalarını götürüb. Onunla bağlı Qərb texnoloqları çox ciddi məsələ hazırlayırlar ki, bizim o zavodlarımızı dəyər-dəyməzinə götürmüsüz. Ermənilər daha da gərginlik yaradırlar ki, siz bizim iqtisadiyyatımızı çökdürüb, bizi daha da asılı vəziyyətə salırsınız. Amerikada yaşayan ermənilər texnoloji baxımdan sistemlərin dəyişməsi ilə bağlı belə bir proqram qəbul ediblər ki, gələcəkdə orada Qərbin maraqlarının təmin olunması üçün yeni texnologiya sistemlərinin istehsalına başlanılsın. Rusiyanın bölgədə Azərbaycana önəm verdiyinə görə, Ermənistanda bu məsələlərə başqa cür yanaşılır. Əgər Putinin səfəri təxirə salınmasaydı belə, “səfər xatirinə səfər” olardı. Ona görə də səfəri gələn ilə salmalıdırlar ki, seçkilərdən sonra Ermənistanın Rusiyaya müraciət etdiyi, çıxılmaz vəziyyətdə qaldığı bir dövrdə Putin ora getsin”.

B.Quliyev Ermənistanla soyuyan münasibətlər fonunda Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişmə ehtimalı haqqında danışarkən qeyd etdi ki, bu münaqişənin həll olunması həm Türkiyə ilə münasibətlərində, həm regionda baş verən proseslərdə, həm də özünün iqtisadi maraqlarının həll olunmasında Rusiyaya hava-su kimi lazımdır:

“Rus imperiyasının mövqeyi zəifləyəndə həmişə erməniləri qaldırıb, onlara dəstək durub ki, rusların öz mövqeləri güclənənə qədər vəziyəti gərginləşsdirsinlər. Abxaziya, Osetiya, Ukraynada Krım Rusiyanın bu cür yaratdığı zonalardır. Rusiya bunlardan təsir ocağı kimi istifadə edir. Əvvəllər Azərbaycana da bu cür yanaşılırdı, sonra vəziyət və şərait dəyişdi. Baş verən proseslərdə əgər Rusiya ciddi addım atmayacaqsa, bugünkü gündə Avropanın , Bundestaqın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir dövrdə Rusiyanın özü Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini tutmayacaqsa, Azərbaycan da gələcəkdə müəyyən bir müddətdən sonra sanksiyalara qoşulacaq. Ancaq regionda baş verənlər göstərir ki, Rusiyanın bu proseslərdə əvvəlki “Sıfır” variantına qayıtmaq imkanları var. İndiki dövrdə Rusiyanın da strateji maraqlarına uyğundur ki, Dağlıq Qarabağ məsələsi həll olunsun. Əgər bu məsələlərdə yenə uzatma mövqeyi tutularsa, bölgədə başqa proseslərin baş verməsinin şahidi ola bilərik”.

Pərvanə AĞAZADƏ
AzNews.az