Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri erməni mətbuatında, belə demək olarsa, böyük «qıcıqla» qarşılanıb . Belə ki, bir müddət bundan əvvəl, jurnalistlərlə görüşdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın Putinin yaxınlarda İrəvana rəsmi səfərə gələcəyi barədə dedikləri, deyəsən, özünü doğrultmayacaq. Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri erməni mətbuatında, belə demək olarsa, böyük «qıcıqla» qarşılanıb . Belə ki, bir müddət bundan əvvəl, jurnalistlərlə görüşdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın Putinin yaxınlarda İrəvana rəsmi səfərə gələcəyi barədə dedikləri, deyəsən, özünü doğrultmayacaq.

”Rusiya Ermənistanı alçaltmaqda davam edir” - "1in.am"

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri erməni mətbuatında, belə demək olarsa, böyük «qıcıqla» qarşılanıb . Belə ki, bir müddət bundan əvvəl, jurnalistlərlə görüşdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın Putinin yaxınlarda İrəvana rəsmi səfərə gələcəyi barədə dedikləri, deyəsən, özünü doğrultmayacaq.

Maraqlıdır ki, ermənilərin «1in.am» saytı bunu Moskvanın bir daha Ermənistanı alçaltması kimi dəyərləndirib. Saytın yazdığına görə, «bu gün Moskvada İrəvandan gələn hər hansı bir bəyanatı təkzib etmək və bununla Ermənistan -Rusiya münasibətlərinin böhran xarakterini göstərmək üçün bəhanə gözləyirdilər».

Ötən gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov aydın şəkildə Putinin Ermənistana səfərinin Moskva üçün heç bir prioritet olmadığını açıq şəkildə bəyan edib, yəni İrəvan başını aşağı salıb öz növbəsini gözləsin: «Həqiqətən də , Rusiya prezidentinin Ermənistana səfərinin təşkili məsələsi müzakirə olunmaqdadır, amma dəqiq tarix hələ müzakirə olunmayıb». Bu fikirləri Uşakov keçirdiyi brifinqlərin birində bildirib: «Demək olar ki, prezidentlər təkcə Daşkənddə keçiriləcək MDB sammitində deyil, həm də Astanada da – KTMT-nin sessiyasında görüşlər keçirəcəklər. Bu ilin dekabrında Moskvada keçiriləcək Avrasiya İqtisadi Birliyinin zirvə toplantısında da ölkə liderlərinə qısaca da olsa danışmaq imkanı veriləcək. Ona görə də, Vladimir Putinin Ermənistana səfəri və ya hər hansı bir şərtlə bağlı sual hələlik müzakirə olunmur . Ermənistan səfərinin gələn il üçün məqsədəuyğun olduğunu düşünürəm». Uşakov Rusiya liderinin və Ermənistanın Baş naziri Nikol Paşinyanın son görüşündən o qədər də «çox vaxt keçmədiyini» də xatırlatmağı unutmayıb.
«Çox vaxt keçmədiyini» bir daha nəzərə çatdıran sayt, sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edgən Putinin bu dəfə Bakıda yeni bir görüş keçirdiyinə hələ ki, heç nə mane olmadığını bildirir: «Bundan əlavə formal planda Rusiyanın regional müttəfiqi Ermənistan, Azərbaycandan fərqli olaraq həm AİB, həm də KTMT-nin üzvüdür».
Sayt yazır ki, Rusiya prezidentinin köməkçisi Uşakovun sözləri biz ermənilərə qarşı Kreml rəsmisi tərəfindən sərgilənən təhqirdən başqa bir şey deyil. Bununla Uşakov Ermənistanın Rusiya siyasətindəki rolunu, Putinin Ermənistana səfərinin siyasi əhəmiyyətini aşağı salır: «Erməni tərəfi Putinin İrəvana rəsmi səfərinin rəsmən təsdiq ediləcəyini iddia edərkən, Paşinyan və Putinin digər yerlərdə neçə dəfə görüşəcəyi o qədər də önəmli deyil. Məhz buna görə də, Uşakovun dedikləri Ermənistan-Rusiya münasibətlərinin hələ də prioritetə çatmadığını göstərir.”
Sayt xatırladır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Putinlə üç dəfə görüşməsinə baxmayaraq, bu görüşlərin heç biri rəsmi xarakter daşımayıb:” Belə görünür ki, bütün bunlar erməni-rus münasibətlərinin "parlaq" təsviridir. Bu gün Putinin ətrafındakılar Ermənistanın qaçmağa heç bir yeri olmadığını və onun səbirlə Putinin "qardaş" ölkəyə səfərini gözləyəcəklərinə əmindirlər. Bu isə belə görünür ki, Rusiya prezidentinin nə vaxtsa «boş vaxtlarının» birində reallaşa bilər».
Rusiyanın Ermənistana qarşı belə münasibət sərgiləməsinin İrəvan üçün yenilik olmadığını yazan sayt burada günahkar kimi, Moskvanı deyil, İrəvanı görür: «Bu gün Ermənistanın «məxməri inqilab» həyata keçirməsinə baxmayaraq, İrəvan hələ də birvektorlu xarici siyasət sərgiləməkdə davam edir. Belə görünür ki, bundan sonra da bütün mümkün platformalarda Ermənistanın xarici siyasəti dəyişməyəcək. Çünki deyilən təkziblərə baxmayaraq, hələ də Ermənistanın ilk şəxslərinin bütün xarici səfərlərinin əsas «qəhrəmanı» Rusiyadır. »
Sayt istiqaməti Qərbə doğru dəyişməyi təklif edir. (palitranews.az)

AzNews.az