Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri başa çatdı. Bəs, bu səfər Azərbaycana nələr vəd edir? Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri başa çatdı. Bəs, bu səfər Azərbaycana nələr vəd edir?

“Putinlə bölgənin problemləri də müzakirə olundu” – Hatəm Cabbarlı

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri başa çatdı. Bəs, bu səfər Azərbaycana nələr vəd edir?

Siyasi elmlər doktoru Hatəm Cabbarlı AzNews.az-a deyib ki, Putinin Azərbaycana səfəri zamanı iqtisadi, ticarət əlaqələri ilə yanaşı bölgədə baş verən hadisələr də müzakirə mövzusu olub:

“Son zamanlarda bölgə və beynəlxalq aləmdə hadisələr sürətlə cərəyan edir. Dünyanın müxtəlif bölgələrində yaşanan hadisələr bir şəkildə bölgəmizə və ölkəmizə də təsir edir. Bundan başqa bölgəmizdə yaşanan hadisələr əlbəttə Azərbaycanı maraqlandırır və bununla bağlı adekvat siyasət həyata keçirilir. Azərbaycan son 27 ildir bütün qonşu dövlətlərlə münasibətlərini yüksək səviyyədə qurmağa və inkişaf etdirməyə çalışır. Ermənistan bir istisnadır. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi üçün bu ölkə müharibə şəraitindəyik. Cari ilin may ayında Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi-Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində militarist bəyanatlar səsləndirilir. Əlbəttə, bu iki ölkə arasındaki münasibətləri gərginləşdirir, problemin mümkün həll olma ehtimalını zəiflədir. Maraqlısı budur ki, Dağlıq Qarabağ probleminin həll olunması üçün vasitəçi rolunda çıxış edən dövlətlər də Paşinyanın militarist bəyanatlarına fikir bildirmir, bölgədə onsuz da kövrək olan təhlükəsizlik mühitini zədələdiyi üçün ittiham etmirlər. Bu, Paşinyanın siyasi məsuliyyətsizliyini artırır və daha da irəli gedərək Azərbaycanı ittiham edir. Bölgədə yaşanan hadisələr və Dağlıq Qarabağ problemi konteksində Rusiya Federasiyasinın prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfərə gəlməsi iki ölkə arasındaki münasibətlərdə iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələləri ilə bərabər bölgənin problemləri də müzakirə mövzusu oldu.”
H. Cabbarlı həmçinin bildirdi ki, Paşinyan hakimiyyətini möhkəmləndirib Rusiyaya qarşı fikirlər səsləndirərsə, Rusiyanın Ermənistan siyasətində müəyyən dəyişikliklər görə bilərik:
“Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində ənənəvi rəy bildirildi. Bağlı qapılar arxasında isə nələrin müzakirə edilyini önümüzdəki aylarda Rusiyanın Ermənistan siyasətində görmə ehtimalımız ola bilər. Rusiyanın Dağlıq Qarabağ probleminə münasibətdə izlədiyi siyasəti dəyişdirəcək hadisə bölgədə hələ yaşanmayıb. Amma Paşinyan hökumətinin iqtidarını möhkəmlədərək, Rusiyaya qarşı fikirlər səsləndirərsə, müəyyən mənada dəyişikləri müşahidə edə bilərik.

Rusiya kimi dövlətlər Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində asanlıqla fikrini dəyişməz, onların Ermənistana yönəlik siyasətlərini korrekte etmə ehtimalı çoxdur, nəinki Dağlıq Qarabağ problemində ənənəvi görüşdən əl çəkmələri”.

Pərvanə AĞAZADƏ
AzNews.az