28 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov ilə Qətər Dövlətinin bələdiyyə və ətraf mühit naziri Mohammad bin Abdullah Əl-Rumeyhi arasında görüş keçirilib. 28 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov ilə Qətər Dövlətinin bələdiyyə və ətraf mühit naziri Mohammad bin Abdullah Əl-Rumeyhi arasında görüş keçirilib.

Qətər Azərbaycanla əməkdaşlıqda maraqlıdır - Nazir

28 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov ilə Qətər Dövlətinin bələdiyyə və ətraf mühit naziri Mohammad bin Abdullah Əl-Rumeyhi arasında görüş keçirilib.

AzNews.az xəbər verir ki, görüş zamanı, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı sahəsində görülmüş işlər və bu sahədə olan mövcud potensialdan bəhs edildi.

Səfir, Azərbaycan və Qətərin dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər zamanı həm ekologiya, həm də kənd təsərrüfatı sahələrində müvafiq əməkdaşlıq sazişlərinin imzalanmasının əhəmiyyəti qeyd edərək, sözügedən sahələr üzrə geniş əməkdaşlıq perspektivlərinin olduğu bildirildi. Səfir həmcinin, son illər ərzində Azərbaycan Respublikasının yerləşdiyi strateji mövqe, ölkədə mövcud siyasi və iqtisadi sabitlik, xarici investisiya haqqında qanunvericililik, kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştləri eləcə də, zəngin təbii resurslar, iqlim şəriəti və digər bu kimi amillərin ölkəmizin kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu üçün cəlb edici imkan yaratdığı qeyd etdi. ​

Nazir Mohammad bin Abdullah Əl-Rumeyhi Qətər tərəfinin ekologiya və kənd təsərrüfatı sahəsində Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edərək, bu sahədə lazımi dəstək verməyə hazır olduqlarını bildirdi.

image description