“O, kobud ifadələrlə xahişimizin yerinə yetirilməsinin qeyri-mümkünlüyünü bildirərək, bizimlə danışmaqdan imtina etdi” “O, kobud ifadələrlə xahişimizin yerinə yetirilməsinin qeyri-mümkünlüyünü bildirərək, bizimlə danışmaqdan imtina etdi”

Azəri-Talış Birliyi PA rəsmisindən şikayətçidir

“O, kobud ifadələrlə xahişimizin yerinə yetirilməsinin qeyri-mümkünlüyünü bildirərək, bizimlə danışmaqdan imtina etdi”


Azəri-Talış İctimai Birliyi mətbuat konfransı keçirəcək. Aprelin 4-də RATİ-nin ofisində baş tutacaq tədbirdə birliyin ölkə prezidentinə ünvanladığı müraciətin nəticəsindən və Ədliyyə Nazirliyi tərəfindən birliyin dövlət qeydiyyatına alınmaması problemindən bəhs ediləcək.

Birliyin təsisçisi Eldəniz Quliyev AzNews.az-a açıqlamasına görə, konfransda həm də Prezident Administrasiyasının azsaylı xalqlar üzrə sektor müdiri Müzəffər Talıblının birlik rəsmisi ilə kobud rəftarından da söhbət açılacaq: "Biz, Azəri-Talış milli-mənəvi dəyərlər İctimai Birliyinin təsisçiləri olaraq, prezident cənab İlham Əliyevə Birliyin Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatına alınması problemilə bağlı açıq məktubla müraciət etmişik. Bildirmişik ki, bu məsələ ilə əlaqədar ƏN tərəfindən süni əngəllər yaradılır və biz bunu Konstitutsiyada təsbit olunmuş hüquqlarımızın pozulması kimi dəyərləndiririk. Açıq məktubun tərəfimizdən ictimailəşdirilməsinin əsas səbəbi isə müraciətimizin cənab Prezidentə çatdırılacağına inamsızlığımızdır. 13 dekabr 2012-ci il tarixdə Lənkəranda CTV kimi fəaliyyət göstərən regional televiziya kanalının orada kompakt yaşayan talışların dilində verilişlər yayımlanmasına Dövlət dəstəyi ilə bağlı, ölkə başçısı cənab İlham Əliyevə məktub ünvanlamışdıq. Lakin təəssüflər ki, bu günə kimi müraciətimizə heç bir rəsmi və ya qeyri rəsmi cavab verilməmişdir.

Yalnız öz səylərimiz nəticəsində Prezident Administrasiyasının azsaylı xalqlar üzrə sektor müdiri Müzəffər Talıblı ilə telefon əlaqəsi qura bildik; o isə öz növbəsində, kobud ifadələrlə xahişimizin yerinə yetirilməsinin qeyri-mümkünlüyünü bildirərək, bizimlə danışmaqdan imtina etdi".

Bahar Rüstəmli
AzNews.az