“İcra başçısı çox böyük yanlışlığa yol verib. İcra başçısına, məmura yaraşmayan söz işlədib” “İcra başçısı çox böyük yanlışlığa yol verib. İcra başçısına, məmura yaraşmayan söz işlədib”

Müsavat icra başçısına cavab verdi

“İcra başçısı çox böyük yanlışlığa yol verib. İcra başçısına, məmura yaraşmayan söz işlədib”




Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, bu Azərbaycan hakimiyyətinin mahiyyətini göstərir: "Cəbrayıl işğal altındadır. Heç ölkənin ali baş komandanı İlham Əliyev də Cəbrayıl işğal altında olduğuna görə ora getmək imkanına malik deyil. İsa Qəmbər Cəbrayıl sakinləri ilə partiyanın qərargahında görüşəcək. O cür ifadə işlətmək bir icra başçısının şəxsiyyətinin göstəricisidir".

Qeyd edək ki, Cəbrayıl rayon icra hakimiyyətinin başçsı Mahmud Quliyev Musavat başqanının cəbrayıllılarla görüş istəyinə sərt cavab verib. İcra başçısı bildirib ki, İsa Qəmbər hansı əsasla Cəbrayıl sakinləri ilə görüşmək istəyir. Mən bunu anlamıram. Axı, onun Cəbrayıl rayonunda heç bir dayağı yoxdur. Gəlsə də döyüləcək. Biabır olub, qayıdacaq".

AzNews.az