Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kraliçası Beatriksə təbrik məktubu ünvanlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kraliçası Beatriksə təbrik məktubu ünvanlayıb.

Prezident təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kraliçası Beatriksə təbrik məktubu ünvanlayıb.



"Ölkənizin milli bayramı - Kraliça günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Azərbaycan-Niderland münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Beatriksə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

AzNews.az