- Köhnə - Siyasət
- 8 İyun 2013 10:07
- 2 893
TQDK dövlət qulluğuna qəbul keçirəcək

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, namizədlərin sənəd qəbulu Dövlət Miqrasiya Xidməti tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 287 nəfərin namizədliyi qeydə alınıb.
Test imtahanı Bakı Qızlar Universitetinin binasında saat 11:00-da başlanacaq. İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycan tarixi və coğrafiyası, 10 sual kompüter bilikləri və 20 sual məntiq üzrə olan test tapşırıqlarıdır. İmtahan 3 saat davam edir.
Hər sual bir balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar. İmtahanın nəticələri həmin gün TQDK-nın (www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək.
AzNews.az