- Mahal
- 6 İyun 13:03
- 4 676
1 saylı məktəb Bərdədə təhsili zirvəyə daşıdı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında 9 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bunlar aşağıdakı iştirakçılardır:
Abdullayev Şaiq Namiq oğlu, Abşeron rayonu Xırdalan şəhər 9 saylı tam orta məktəb,
Eyvazlı Tunar Coşğun oğlu, Salyan şəhər 2 saylı tam orta məktəb,
Babayeva Qızyetər Famil qızı, Qax rayonu Güllük kənd tam orta məktəbi,
Musayeva Şəms Musa qızı, Kəlbəcər rayonu 56 saylı tam orta məktəb,
Əsgərova Mədinə Tural qızı, Bakı şəhəri 214 saylı tam orta məktəb,
Gülməmmədova Məryəm Zəka qızı, Bakı şəhəri 72 saylı məktəb-lisey,
Bayramov Elsevər Elnur oğlu, Bakı şəhəri 70 saylı məktəb-lisey,
Hüseynli Rüqayyə Oruc qızı, Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya,
Əhmədov Emil Babək oğlu, Bərdə rayonu T.İsmayılov adına 1 saylı şəhər tam orta məktəb.
Emil Əhmədovun rekord bal toplaması Bərdə rayonu T.İsmayılov adına 1 saylı şəhər tam orta məktəbinin kollektivi tərəfindən məmnunluqla qarşılanıb. Məktəbin Facebook səhifəsində yazılıb:
"Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin lX sinif şagirdi Əhmədov Emil Babək oğlu 27.04.2025-ci il tarixində keçirilmiş buraxılış imtahanında maksimum nəticə - 300 bal toplamışdır.
Bu münasibətlə şagirdimizi təbrik edir, uğurlar arzulayırıq. Şagirdimizin bu balı toplamasında əməyi olan bütün müəllimlərimizə təşəkkür edirik!"
Xatırladaq ki, T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Yusifovadır.
AzNews.az