Rusiyadakı atışma ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Ötən il sentyabrın 23-də Sankt-Peterburqda 50 nəfərin iştirak etdiyi və ölümlə nəticələnən atışma ilə bağlı açılmış cinayət işinin materialları məhkəməyə göndərilib.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, hadisə şəhərin Puşkin rayonunun Leninqrad küçəsində, "Ovçu iqamətgahı" restoranında qeydə alınıb.

Həmin vaxt restoranda olan təxminən 50 nəfər müştəri arasında məişət zəminində dava düşüb və bu, sonda atəş açılması ilə nəticələnib. İştirakçılardan biri ən azı 4 dəfə müştərilərə sarı atəş açıb. Nəticədə Çeçenistan sakini olan bir nəfər dünyasını dəyişib. Bu qətlə görə bir Azərbaycan vətəndaşı təqsirləndirilərək həbs olunub. Günahı təsdiqlənərsə, onu ömürlük həbs gözləyir.

AzNews.az