"İsa Qəmbər toplantının əvvəlinə qatılmayıb" "İsa Qəmbər toplantının əvvəlinə qatılmayıb"

Milli Şura üzvləri ilə İbrahimbəyovun görüşü başladı- Foto

"İsa Qəmbər toplantının əvvəlinə qatılmayıb"



Bu gün Tiflis vaxtı ilə saat 18.00-da Milli Şura üzvləri Vere Palaced-nin toplantı zalına toplansa da, yığıncağı həmin vaxt başlamaq mümkün olmayıb. Səbəb Müsavat başqanı İsa Qəmbərin toplantı keçirilən zala gəlməməsi olub.

20 dəqiqə sonra yığıncağa qatılan İsa Qəmbər bildirib ki, ona toplantının 18.30-da keçiriləcəyi bildirilib və o, yığıncaq zalına deyilən vaxtdan 10 dəqiqə tez gəlib. Yığıncağa gecikən şəxslər sırasında Turan İA-nın direktoru Mehman Əliyev də var. Mehman Əliyev bu saata qədər də yığıncağa qatılmayıb.

Yığıncaq başlanan zaman jurnalistlərin zaldan görüntü almasına icazə verilib. Daha sonra toplantının qapalı keçiriləcəyi bildirilərək jurnalistlər zaldan çıxarılıb. Onu da qeyd edək ki, Gürcüstandakı yerli və beynəlxalq media Azərbaycan müxalifətinin toplantısına ciddi maraq göstərir. Çoxsaylı jurnalistlər Azərbaycan media təmsilçiləri ilə bərabər yığıncağın başa çatmasını gözləyir.

Eldar Namazovun sözlərinə görə zal 2 saatlıq icarəyə götürülüb, ancaq toplantı daha tez başa çata bilər. İsa bəyin gəlişi gözlənilən zaman jurnalistlər Rüstəm İbrahimbəyova sual vermək istəsələr də o, yumşaq şəkildə cavabdan imtina edib: "Sual verə bilərsiz, ancaq cavab olmayacaq".

Tiflisin "Vera Palace" otelində Milli Şurada təmsil olunan müxalifət partiyalarının rəhbərləri və funksionerləri ilə Rüstəm İbrahimbəyovun görüşü artıq başlayıb. Musavat.com-un müxbiri xəbər verir ki, toplantının ilk dəqiqələrində mətbuat nümayəndələrinə görüntü çəkməyə icazə verilib, hazırda iclas qapalı davam etdirilir.



AzNews.az