Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürüldü

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ali Məclisinin sessiyası keçirilib.

APA-nın xəbərinə görə, sessiyada partiya sədri Qüdrət Həsənquliyev ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə ilə çıxış edib.

Toplantıda partiyanın qurultayının prezident seçkiləri ilə bağlı verdiyi qərar bir daha müzakirə olunub. Ali Məclis partiyanın seçkilərdə öz namizədi ilə iştirakına qərar verib. Məclis BAXCP sədri Qüdrət Həsənquliyevin partiyanın namizədi olması ilə bağlı qərar qəbul edib.

AzNews.az