- Köhnə - Siyasət
- 12 Avqust 2013 08:39
- 3 435
“El”-in ümumrespublika müşavirəsi avqustun 17-də keçiriləcək

"El" hərəkatının ümumrespublika müşavirəsi avqustun 17-də keçiriləcək. Bunu AzNews.az-a "El" hərəkatının sədr müavini, politoloq Zəfər Quliyev deyib. Onun sözlərinə görə, müşavirədə əsas məqsəd ölkədəki ictimai-siyasi məsələlərə aydınlıq gətirmək, "El"in bölgələrdə üzvlərinin sayını artırmaq və gələcəkdə sözügedən qurumu böyük bir hərəkata çevirməkdir.
Bahar Rüstəmli
AzNews.az