Əli Əliyev 10 min imza toplayıb

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizəd Əli Əliyevin imzatoplama kampaniyası davam edir.

AzNews.az xəbər verir ki, Ə.Əliyevin Seçki Qərargahından təqdim olunan məlumata əsasən, avqustun 16-da başlayan imzatoplama kampaniyası ölkə üzrə 90-dan artıq seçki dairəsini əhatə edir.

Seçki Qərargahı Ə.Əliyevin namizədliyinin qeydə alınması üçün tələb olunan imzaların minimum 100 seçki dairəsindən toplanmasını nəzərdə tutur.

Avqustun 21-nə olan məlumata görə, Ə.Əliyevin Seçki Qərargahına artıq 10 mindən artıq imza təqdim olunub və yoxlanılaraq təsdiqlənib.

Ə.Əliyevin Seçki Qərargahı imzatoplama kampaniyasının gedişatı ilə əlaqədar medianı müntəzəm məlumatlandıracaq.

Azər