Milli Şuranın növbəti mitinqinin və sessiyasının vaxtı bilindi

Milli Şuranın növbəti mitinqi sentyabrın 22-nə təyin edilib. Bu barədə AzNews.az-a MŞ-in Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev məlumat verib. O bildirib ki, artıq qurum rəhbərliyi bu barədə qərar verib və sabah Mitinq Komitəsinin iclasında növbəti kütləvi nümayişlə bağlı digər detallar ətraflı müzakirə olunacaq.

A.Quliyev onu da bildirib ki, MŞ-in növbəti mitinqinə qədər qurumun sessiyası da çağırılacaq. Onun sözlərinə görə, Milli Şuranın növbəti sessiyası gələn həftənin sonuna qədər baş tutacaq.
MŞ rəsmisinin sözlərinə görə, mitinqin aparıcısı hələ müəyyənləşdirilməyib. Bu kimi detallara qurumun Mitinq Komitəsinin sabahkı iclasında qərar veriləcək.

Elnur
AzNews.az