“Bugünkü aktivliyiniz sabahkı xoş gələcəyin fundamenti ola bilər" “Bugünkü aktivliyiniz sabahkı xoş gələcəyin fundamenti ola bilər"

Rəsul Quliyev: “Xalqla düzgün danışmaq lazımdır“

“Bugünkü aktivliyiniz sabahkı xoş gələcəyin fundamenti ola bilər"



""Xalq Cəmil Həsənlini dəstəkləyir" kimi şüarlar xalqın inamını alt-üst edəcək". AzNEws.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev bildirib.

Eks-spiker yenidən müxalif cəbhəyə səslənib. Onları xalqı aldatmaqda ittiham edib: "Mən rayonlarda aktiv hərəkətlərin qətiyyətli tərəfdarıyam. Mən deyirəm ki, xalqla düzgün danışmaq lazımdır.

Demək lazımdır: "Ay camaat, biz sizinlə birlikdə azad seçkilərə şərait yarada bilməmişik. Bizim səhv siyasətimiz və sizin passivliyiniz xalqın bugünkü acınacaqlı vəziyyətdə olması ilə qurtarıb".

R.Quliyev deyib ki, Milli Şura bu seçkidən istifadə edib xalqa hakimiyyətin ölkəni pis vəziyyətə salan siyasətini izah etməlidir.

R.Quliyev daha sonra Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki şüarlarından söz açıb. "Bugünkü aktivliyiniz sabahkı xoş gələcəyin fundamenti ola bilər. Xahiş edirik birlikdə bu hakimiyyətə yox deyək. Təqribən şüar bu şəkildə olmalıdır. Biz qələbə çalacayıq, xalq Cəmil Həsənlini dəstəkləyir" kimi optimist şüarlar xalqın inamını alt-üst edəcək"-deyə eks-spiker qeyd edib.

AzNews.az