- Köhnə - Siyasət
- 1 Oktyabr 2013 09:00
- 1 534
Cəmil Həsənlinin dedikləri təkzib olundu

"Belarusun Azərbaycan hökuməti qarşısında borc öhdəliyi yoxdur"
"Azərbaycan tərəfinin Belarus Respublikasına 1 faiz dərəcəsi ilə kredit verməsi barədə göstərilən məlumat həqiqətə uyğun deyil".
AzNews.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Belarusun Azərbaycandakı səfirliyi yayıb.
Açıqlamada qeyd edilir ki, 2013-cü il sentyabrın 28-də teledebatlar zamanı Azərbaycan Respublikası prezidentliyinə namizəd Cəmil Həsənlinin verdiyi bəyanat həqiqəti əks etdirmir.
Açıqlamada bildirilir ki, hazırda Belarus hökumətinin Azərbaycan hökuməti qarşısında borc öhdəliyi yoxdur. Maliyyə-kredit sahəsində iki ölkənin təsərrüfat subyektləri arasında münasibətlər sırf bazar prinsipləri əsasında qurulur".
AzNews.az