- Köhnə - Siyasət
- 4 Oktyabr 2013 15:17
- 2 563
Milli Şuranın əsas fiqurlarından biri istefa verdi - BƏYANAT
Bu barədə xəbəri Asəf Quliyev AzNews.az-a özü verib. O, istefasının səbəbini belə izah edib: "Belə lazım idi. Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu. Sonradan MŞ-nın fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, Milli Şuranın Rusiyanın layihəsi adlandıranların, Milli Şuranın əleyhinə təbliğat aparanların Şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki,20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağişlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum.... Şübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa verdim".
Azər
AzNews.az