“Seçkilər demokratik keçirildi” - Çexiyalı müşahidəçilər

Azərbaycanda prezident seçkilərini izləyən Çexiya Senatının nümayəndə heyəti mətbuat konfransı keçirib.

Nümayəndə heyətinin rəhbəri Yaroslav Palas deyib ki, seçkilər yüksək səviyyədə təşkil olunub.

Y.Palas ümid etdiyini bildirib ki, seçkilərin nəticələri Azərbaycanda demokratiyanın inkişafına daha da təkan verəcək.

Nümayəndə heyətinin üzvü Voitex Filip də seçkilərin yaxşı təşkil olunduğunu xatırladıb. O, seçkilərin demokratik keçirildiyini bildirdib: "Mən bu gün yüzdən çox insanla danışdım. Düşünürəm ki, Azərbaycan prezidentini artıq təbrik etmək olar".