Putin İlham Əliyevi təbrik etdi

Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Təbrik məktubunda V.Putin İlham Əliyevə yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb: "Seçkilərdə inamlı qələbəniz sizin yüksək siyasi nüfuzunuza, sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətinizin xalq tərəfindən fəal dəstəklənməsini göstərir".

Elnur
AzNews.az