Əflan İbrahimov partiya yaradır: “El” - Açıqlama

"Sabah "EL" Hərəkatı Partiyasının yaranması ilə bağlı bütün sənədlər Ədliyyə Nazirliyinə göndəriləcək"
Bunu AzNews.az-a "El" hərəkatından Ali Məclis sədrinin sabiq müavinin Əflan İbrahimov bildirib.

Onun sözlərinə görə, sabah bu məqsədlə mətbuat konfransı kemirəcəklər:


"Sabah seçkinin ümumi nəticələri ilə bağlı müzakirələr aparılacaq. Sonra isə mətbuat nümayəndələrinə "El" hərəkatının partiyaya çevrildiyini bəyan edib, sonra isə bununla bağlı sənədləri Ədliyyə Nazirliyinə göndərəcəyik".

Ə. İbrahimov onu da deyib ki, yeni yaranacaq partiyanın özünün təsis konfransını yaxın günlərdə keçiriləcək.

Xatırladaq ki, Ə.İbrahimov Eldar Namazovun rəhbərlik etdiyi "El" hərəkatının Ali Məclis sədrinin müavinliyindən istefa verəndən sonra hərakat rəhbərliyinə qarşı ağır ittihamlar irəli sürmüşdü.

Bahar
AzNews.az