“Ümid”dən daha bir istefa

Ümid Partiyasından dana bir istefa xəbəri yayılıb. Qadir Ağakişiyev Ümid Partiyasının Sumqayıt şəhər şöbəsinin gənclər təşkilatının sədrliyindən istefa verib.

Bu barədə o, AzNews.-az açıqlamasında bildirib: "İqbal bəyin partiya funksionerləri ilə məsləhətləşmədən, təkbaşına qərar verməsi həm bizə, həm də seçicilərə hörmətsizlikdir. Buna görə də bundan sonra partiyada fəaliyyət göstərməyimi mənasız iş hesab edirəm. İqbal Ağazdəyə və keçmiş partiyadaşlarıma uğurlar arzulayıram".


Bahar
AzNews.az