Rəsul Quliyev Milli Şuradan istefa verdi

Acıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev partiyadan və Milli Şuradan istefa verib.

Bu barədə apa-ya R. Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu məlumat verib.

Onun sözlərinə görə, R. Quliyevin istefasının səbəbi Azərbaycan müxalifətinin 20 ildə heç bir uğur əldə etməməsidir: "Rəsul Quliyev hesab edir ki, müxalifətin uğursuzluğunun səbəbi köhnə düşüncəli liderlərin hələ də siyasi səhnədə qalmasıdır. Rəsul Quliyev partiya liderliyindən istefa verməsi digər liderlərə nümunə kimi atılan addımdır. Yəni, səbəbindən asılı olmayaraq, uğur əldə edə bilməyən, uzun müddət partiya liderliyində qalan şəxslər də Rəsul Quliyevin bu addımından dərs götürməlidir".

Qeyd edək ki, R. Quliyev özü də "facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi video-müsahibəsində də yaranmış situasiyada ACP-nin lideri kimi qalmasının düzgün olmadığını deyib.


AzNews.az