Türkiyəli diplomatlar ermənilərlə görüşmədi


Türkiyənin Azərbaycandakı səfirliyinin Basın Müşavirliyi bu ölkənin Böyük Britaniyadakı səfirliyinin iki əməkdaşının İrəvanda İrs Partiyasının baş katibi ilə görüşməsinə dair yayılan xəbərləri təkzib edib. Səfirlikdən APA-ya verilən məlumatda bildirilir ki, İrs Partiyasının baş katibi Styopa Səfəryanıa görüşdüyü iddia olunan Koray Balkaya və Sera Çetin Böyük Britaniyanın Ankaradakı səfirliyində işləyirlər və Türkiyənin heç bir rəsmi qurumunda təmsil olunmurlar. Səfirlik görüşlə bağlı İrs Partiyasının rəsmi saytında yerləşdirilmiş məlumatda da Sera Çətinin Britaniyanın Türkiyədəki səfirliyinin proqram direktoru olduğu, Koray Balkayanın isə səfrlikdə ictimai əlaqələr üzrə müşavir vəzifəsində çalışdığı barədə qeydlərin yer aldığını deyib. Qeyd edək ki, Britaniya səfəirliyinin əməkdaşlarının Səfəryanla görüşündə bölgədə gedən proseslər, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələləri əks olunub.

AzNews.az