9 nəfər Milli şuradan qovuldu

Onların arasında AİP sədri Hacı Mövsüm Səmədov və Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova da var


Bu gün Demokratik Qüvvələrin Milli Şurasının sessiyası keçirilib.

AzNews.az-ın məlumatına görə, iclasda təşkilatı məsələlərə baxılıb.

Müsavat Partiyası başqanının müavini, qurumun üzvü Mustafa Hacıbəyli ACP lideri Rəsul Quliyevin Milli Şuradan çıxarılmasını təklif edib. M. Hacıbəyli deyib ki, R. Quliyev mütəmadi olaraq Milli Şuraya qarşı anti-kampaniya aparıb, qurumda qarşıdurmaya yol açan addımlar atıb. Onun sözlərinə görə, Rəsul Quliyev daim Milli Şuranı zərbə altında qoyub.

Cəmil Həsənli isə bu məsələnin növbəti sessiyaya saxlanılmasını, tələsməməyi məqsədəuyğun saydığını deyib.

Milli Şuranın Mərkəzi İcra Aparatının rəhbəri Eldar Namazov isə fəaliyyət göstərməyən üzvlərin qurumdan çıxarılması məsələsinin indi müzakirəyə qoyulmasının vacibliyini deyib.

Sonra qurumun nizam-intizam komissiyası təklif olunan məsələlərə baxıb. Sessiyada Asəf Quliyev, Lalə Şövkət, İlham Hüseyn, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədov və sədr vəzifəsini icra edən Elçin Namazovun istefasını qəbul edilib.

Milli Şuranın iki üzvü Akif Şahbazov, Gülnarə Qurbanovanı da qurumun sessiyasında iştirak etmədikləri üçün təşkilatdan çıxarılıblar.

Qeyd edək ki, sessiyanın əvvəlində isə ALP sədri Əvəz Temirxan istefa verərək iclası tərk edib.

AzNews.az