“Milli Şuranın növbəti sessiyası təəssüf hissi yaratdı” “Milli Şuranın növbəti sessiyası təəssüf hissi yaratdı”

Rəsul Quliyev Milli Şuranı yenə tənqid etdi

“Milli Şuranın növbəti sessiyası təəssüf hissi yaratdı”




Milli Məclisin keçmiş sədri Rəsul Quliyev Milli Şuranın ötən gün keçirilən sessiyasını tənqid edib.

AzNews.az-ın məlumatına görə, R. Quliyev "facebook" sosial şəbəkəsindəki şəxsi profilində yaydığı açıqlamasında bildirib ki, Milli Şuranın növbəti sesiyası təəssüf hissindən başqa hiss yaratmayıb.

Sessiya bir neçə heç kimin fikir vermədiyi konstruktiv çıxışdan başqa, yadda 20 ildir söylənilən əkiz çıxışlar, real tətbiqi fantaziya olan şüarlardan ibarət olub. Bundan başqa qaraguruhçu elementlərin baş qaldırması, abırlarını saxlayan intlektualların səslərini çıxarmaması Milli Şuranın gələcəyinin necə formalaşacığından xəbər verir.

R. Quliyev əlavə edib ki, iclasda Cəmil Həsənlinin qismən yaranmış hörmətinə sahib çıxmaq istəyənlər xüsusən çan fəşanlıq ediblər:

"Hörmət etdiyim Cəmil müəllimin əgər mən özüm getməsəm, noyabrda çıxararıq deməsini demokratiyanın "zirvəsi’’ hesab etmək olar. İlk növbədə Cəmil müəllim professordur, bu adına hörmət etməlidir. İkincisi o respublikanın demokratik prezidenti olmaq istəyirdi. Bu arzuda olan adam ən azı noyabrda müzakirə edərik deməli idi. Əgər kiçik bir iclasda bir neçə qaraguruhçunun səsini kəsmək üçün belə sözlər işlədilirsə, onda bu boyda respublikanın idarəçiliyində nələr baş verərdi?"

O bildirib ki, Milli Şura özünə qeyri-müəyyən yol tutub: "Oradakı çıxışlardan başa düşdüm ki, bu adamların heç birinin İlham Əliyevin nə sonuncu çıxışlarından xəbərləri var, nə də 2014-cü il büdcə lahiyəsinə diqqət yetiriblər. Onlar daxildə rüşvətlə real mübarizə başlayacaqdan xəbərsizdilər. Hələdə başa düşməyiblər ki, daxildə hökümət idarələri ilə əlaqələrin elektron poçtası ilə aparılması nə deməkdir. Çıxışlar yenədə iqtidarın yıxılacağı eyfariyası üzərində qurulub. Belə bir Milli Şuranın perspektivi yoxdur".

R. Quliyev Milli Şura üzvüləri arasında onu dəstəkləyənlər kifayət qədərdir: "İstəsəm məni çıxarmanıza problem yarada bilərəm. Ancaq niyə? Sizinlə birlikdə 2015-ci və 2018-ci illərdə bəyanat vermək xatirinə bu, işi görmərəm. Öz şəxsi ambisiyalarını xalqın marağından üstün görənlərlə necə bir komandada olmaq olar?".

Ramil
AzNews.az