MDB-nin sammiti başladı: Putin Azərbaycanı TƏRİFLƏDİ

Belorusun paytaxtı Minsk şəhərində MDB dövlət başçılarının sammiti başlayıb.

Modern.az saytı bildirir ki, ilk olaraq dövlət başçıları qapalı çərçivədə görüş keçirib.

Çıxış edən Rusiya prezidenti Putin MDB-nin qarşısında duran perspektivlərdən danışıb. O, qeyd edib ki, MDB əsas diqqətini iqtisadi sahəyə yönəltməlidir. Putin MDB ölkələrində iqtisadi inkişafın azalmasından narahat olduğunu vurğulayıb. O qeyd edib ki, 2012-ci ildə bu artım 3,4 faiz olsa da bu il 1,8 faizə düşüb.
"Bu ciddi elementdir. Eyni zamanda MDB ölkələri arasında daxili mal dövriyyəsinin azalmasını diqqətdə saxlamaq lazımdır".

Dünyada müşahidə olunan iqtiadi böhrana diqqəti çəkən Putin bildirib ki, MDB ölkələrinin özünün inkişaf gündəliyi, böyük investisiya formalaşdırmaq imkanları var. "Bunun üçün əhəməiyyətli addım MDB-də azad iqtisadi zonalar yaradılması barədə 2011-ci ildə imzalanmış sazişdir"-deyə Putin qeyd edib.

Putin MDB-də turizm sahəsinin inkişafı üçün strategiyanın qəbul olunmasının vacib olduğunu deyib. O, bu ölkələrdə mədəni-tarixi əhəmiyyətli yerlərin olduğunu deyərək, onların tanıdılması üçün regional nəqliyyat infrastrukturunu genişləndirməyi vacib sayıb.

Putin Azərbaycan və Ukrayna ilə müvafiq layihələrin həyata keçirilidiyini deyib.

O, Bakıya son səfərinə də toxunub. "Mən bu yaxınlarda Azərbaycanda oldum. Böyük məmuniyyətlə gördüm ki, Bakı necə də inkişf edir. Şəhərin mərkəzində gəzərkən Bakının ecazkarlığına bir daha əmin oldum. Əgər insanlar bizim ölkələrdə nə baş verdiyini bilsələr maraqları daha da atracaq".

İclasda MDB ölkərini 9 prezident və iki baş nazir təmsil edir. Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak edir.