Milli Şura növbəti mitinqini keçirdi- Fotolar (Yenilənib)

AzNews.az xəbər verir ki, Milli Şuranın "Məhsul" stadionunda təşkil edilən mitinqi başa çatıb.


Mitinqdə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, VHP İcra Aparatının rəhbəri Samir Əsəsdli, Müsavat Gənclər Təşkilatından Nərgiz Yaqublu və gənc fəallardan Ülvi Həsənli çıxış ediblər.

Daha sonra Milli Şuranın prezidentliyə nazmizədi Cəml Həsənli çıxış edib.

O, gənclərin mübarizədə fəal iştirakını təqdir edib, gəncliyin ünvanına xoş sözlər deyib.

Mitinq qətnamənin oxunması ilə başa çatıb.

***
16:43
Demokratik Qüvvələrin Milli Şurasının Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmış mitinqi başlayıb.

Saat 16.00-da başlayan aksiyada Milli Şuraya daxil olan siyasi qüvvələrin liderləri Cəmil Həsənli, İsa Qəmbər, Əli Kərimli, Mirhamud Mirəlioğlu, İsgəndər Həmidov və digərləri iştirak edirlər.

Mitinqi N!DA Vətəndaş Hərəkatı üzvü Nicat Məmmədov aparır. Yağışlı hava şəraiti olmasına baxmayaraq, mitinqə gələnlərin az olmadığı bildirilir. Aksiya hazırda davam edir.

AzNews.az
image description image description image description image description